Yunanıstan matəm elan etdi: 53 ölü, 150 yaralı - Video

Yunanıstan matəm elan etdi: 53 ölü, 150 yaralı - Video
24 İyul 2018
Mətni dəyiş

Yunanıstanın paytaxtı Afina yaxınlığında baş verən güclü meşə yanğınları nəticəsində ölənlərin sayı artıb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 24 nəfər ölüb, 69 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan bir çoxunun vəziyyəti ağırdır.

Güclü külək yanğının söndürülməsini daha da çətinləşdirib.

Yunanıstan rəhbərliyi Afinanın şərq və qərbində meşə yanğınlarının baş verməsinə görə fövqəladə vəziyyət elan edib.

***

Afinanın 40 kilometr şərqində yerləşən Mati bölgəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 50-yə, yaralananların sayı 150-yə çatıb.

***

Yunanıstanda baş verən yanğınlarda xəstəxanaya yerləşdirilənlərin sayı 53, yaralananların sayı 156 nəfərə çatıb.

Ölkədə 1 günlük matəm elan edilib.

[embed]https://www.youtube.com/watch?v=mgY0ZTaCIag[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun