Trumpla Amerikanın davası...

Trumpla Amerikanın davası...
17 İyul 2018
Mətni dəyiş

NİDA-çı Turqut Qəmbər yazır:

Trump dünən Putinlə görüşüb. Amerikanın güc və kəşfiyyat strukturlarının ümumi rəyi ondan ibarətdir ki, Rusiya 2016-cı il ABŞ seçkilərinə müdaxilə edib. Bu görüşdə Trump təxminən "mən bizim kəşfiyyata inanıram, amma Putin məni arxayın etdi ki, seçkilərdə heç bir müdaxilə olmayıb". Ümumən görüşdən sonrakı mətbuat konfransında Trump Krım, Donbass, Suriya, sanksiya - heç bir bu tipli mövzuya toxunmayıb. Bunun üstündə Amerikan isteblişmenti Trumpı divara dirəyib. CİA-n keçmiş direktoru Brenner Trumpın hərəkətlərini "xəyanətkar" adlandırıb, Demokratların Senatdakı lideri Schumer "belə çıxır Putinin əlində Trumpa qarşı nəsə ifşaedici material var" deyib, Respublikaçıların ağsaqqallarından McCain Trumpın performasına "utancverici" deyib. Bu qəbildən tənqidləri həm demokratlar, həm də respublikaçılar edib. Bizdə bəzən elə düşünürlər ki, Trump əslində çox ağıllı adamdır, amma kovboy tipində bir adamdır da, əvvəlkilər Rusiya ilə, İranla filanla çox yumşaq davrandılar, politkorrekt oldular, indi müəllim gəlib hamıya kəllə atacaq, olduğu kimi hər şeyi deyəcək, Amerikanın gücünü yenə hamıya sübut edəcək. Hə, Trump çox ağıllıdır, Amerikanı bir nömrəli düşməni qarşısında zəif vəziyyətə salır. O qədər zəif vəziyyətə salır ki, artıq çox yüksək ranqlı adamlar Putinin əlində Trumpa qarşı nəsə kompromat olduğunu əminliklə qeyd edirlər. Görək, Trumpla Amerikanın davası nə ilə qurtarır. Belə şeylərin bizim kimi ölkələri təsiri isə çox pis olur. Putinin, digər avtoritarların əli qolu açılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun