Qubadakı oteldə faciə: ölən və yaralananlar var

Qubadakı oteldə faciə: ölən və yaralananlar var
9 İyul 2018
Mətni dəyiş

Qubadakı “Quba Palace Hotel”ində kanatın qırılması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hər 3 şəxs otelin fəhlələri olub.

Bu barədə Quba Rayon Mərkəzi Xəstəxanasından məlumat veriblər. “Otelin əməkdaşı Rüzgar Rzayev hadisə yerində ölüb. Digər iki əməkdaşa tibbi xidmət göstərilib, həyatları üçün təhlükə yoxdur”, -xəstəxanadan əlavə ediblər.

Hadisə fəhlələr kanatda yaranmış problemi aradan qaldırarkən baş verib. Otelin adının açıqlamasını istəməyən əməkdaşı deyib ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər, əlavə məlumat verməyə icazə verilmir.

“Quba Palace Hotel” əvvəllər Quba Rixos kimi fəaliyyət göstərib. “Quba Palace Hotel” bölgənin bahalı otelləri arasında ilk üçlükdədir.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə bildirib ki, qəza otelin əməkdaşları kanatda dartma işləri apararkən baş verib. O vurğulayıb ki, yaralıların vəziyyəti orta-ağırdır, hazırda həkim nəzarətindədirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun