ODTÜ-də maraqlı məzun törəni: 3 tələbə saxlanılıb- FOTOLAR

ODTÜ-də maraqlı məzun törəni: 3 tələbə saxlanılıb- FOTOLAR
8 İyul 2018
Mətni dəyiş

Türkiyənin Orta Doğu Texnik Üniversitetinin (ODTÜ) 2017- 2018-ci il məzuniyyət törənində bir-birindən fərqli pankartlar qaldırılıb. Ən diqqət çəkən şüarlar 24 iyunda keçirilən prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının namizədi Muharrem İncə və oğurlanandan sonra cansız bədənləri tapılan Leyla ve Eylülə aid pankartlar olub.

“ODTÜ Haber” səhifəsinin məlumatına görə məzun törənindən sonra 3 tələbə saxlanılıb. Tələbələr qaldırdıqları “Tayyipler alemi karikaturası” plakatına görə saxlanılıblar.

Həmin plakatda olan karikaturanı 2016-cı ildə “Pinqvin” jurnalında Erdil Yaşaroğlu çəkib. Ərdoğan karikaturaya görə E.Yaşaroğlunu məhkəməyə vermişdi. İctimaiyyət arasında sənətçinin məhkəməyə verilməsi birmənalı qarşılanmamışdı. Məhkəmə isə E.Yaşaroğluna bəraət verib, Ərdoğanın iddiasını təmin etməmişdi.

Unversitet rəhbərliyi saxlanılanlarla bağlı bəyanat yayıb.

Məlumat üçün bildirək ki, ODTÜ Türkiyənin ən böyük unversitetlərindən biri sayılır. Dünyanın ən yaxşı unversitetləri siyahısına girən nadir təhsil ocaqlarındandır. Hər il məzun törəni ODTÜ maraqlı olayları ilə gündəmə gəlir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun