Meral Akşener istefa etdi

Meral Akşener istefa etdi
24 İyul 2018
Mətni dəyiş

Türkiyənin əsas müxalifət partiyalarından olan İYİ Partinin sədri Meral Akşener partiyanın sədrliyindən istefa verib. Akşener səlahiyyətlərindən istifadə edərək fövqəladə qurultay çağırıb və partiya sədrliyinə namizəd olmayacağını bəyan edib.

İYİ Partinin sədr müavini, millət vəkili Koray Aydın bildirib ki, ortaq imza ilə partiya yenidən Akşeneri namizəd göstərəcək və başqa namizəd olmayacaq. Artıq iki gündür İYİ Parti üzvləri və şəhər təşkilat sədrləri Akşenerin Ankaradakı evinin evinin önündə toplaşaraq aksiya keçirirlər. Bir sıra təşkilat sədrləri isə əllərini zəncirlə Akşenerin aynasına bağlayıblar. Onların əsas məqsədi Akşenerin görəvinə dönməsini təmin etməkdir. Akşener isə məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

Dünən Türkiyə Böyük Millət Məclisi İYİ Partiya millət vəkili qrupu birgə mətbuat konfransı keçirib. Partiya sözçüsü, millət vəkili Aytun Çinay bildirib ki, partiyanın ortaq namizədi Meral Akşener olacaq və 12 avqustda növbədənkənar qurultay keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun