İuylun 26-da 31904 nəfər məzun imtahan verəcək

İuylun 26-da 31904 nəfər məzun imtahan verəcək
24 İyul 2018
Mətni dəyiş

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 26-da 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. Bu barədə DİM-in iyulun 24-də yaydığı məlumatda deyilir.

İmtahan ölkənin 11 şəhərində (Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində), 61 binada aparılacaq.

İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2585 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanda 31904 abituriyentin iştirakı nəzərdə tutulur, bunlardan 14993 abituriyent II qrup üzrə, 16911 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 29370 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 13641, III qrup üzrə 15729 nəfər), 2534 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1352, III qrup üzrə 1182 nəfər) məzunudur.

Abituriyentlərin 13849 nəfəri oğlanlar (II qrup üzrə 9419 nəfər, III qrup üzrə 4430 nəfər), 18055 nəfəri isə qızlardır.İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Xatırladaq ki, Azərbaycanda qəbul imthanları 2017-ci ildən etibarən 2 dəfə keçirilir. İlk dəfə imtahanda i.tirak edənlər ödənişdən azaddırlar, ikinci dəfə imtahanda iştirak etmək istəyənlər üçün ödənişlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun