İranda xeyli sayda azərbaycanlı fəal həbs olunub

İranda xeyli sayda azərbaycanlı fəal həbs olunub
3 İyul 2018
Mətni dəyiş

İranda xeyli sayda azərbaycanlı fəal həbs edilib.

Bildirilir ki, İran təhlükəszilik qüvvələri Bəzz qalasına yürüş planlaşdıran fəallara qarşı əməliyyatlar keçirib.

Belə ki, Abbas Lisani, Əli Vasiqi, Səid Sadiqifər, Əsgər Əkbərzadə, Cəfər Rüstəmi və Rəhim Qulamigüc strukturları tərəfindən Ərdəbil şəhərində saxlanaraq naməlum istiqamətdə aparılıblar. Hətta Murtəza Pərvini də həbs etmək istəyiblər, ancaq ətrafdakı sakinlər buna imkan verməyiblər.

Bundan əlavə, İbrahim Nuri Tehranda, Rəhim Sasani Təbrizdə, Müctaba Əbdüli Bostanabadda, Murtəza Məhəmmədi isə Əhərdə tutulub. Mehdi Huşmənd də həbs edilənlər arasındadır və hazırda onların harada saxlandığı məlum deyil.

Urmiyada isə xanım Ulduz Qasimi təhdid edilib və ona iyulun 11-dək şəhərdən kənara çıxmamaq şərti qoyulub. Əks halda, uzunmüddətli həbs cəzası ilə üzləşə bilər.

İyulun 5-i və 6-da Bəzz qalasına ənənəvi yürüş keçiriləcək. Həbslərin də məhz yürüşün keçirilməsinə imkan verməmək üçün həyata keçirildiyi bildirilir. Buna baxmayaraq, fəallar yürüşün keçirilməsində israrlı olduqlarını bəyan ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun