Gözəl Bayramlının ailəsinə etibarnamə verilmir

Gözəl Bayramlının ailəsinə etibarnamə verilmir
20 İyul 2018
Mətni dəyiş

AXCP sədrinin müavini Gözəl Bayramlı ailə üzvlərinə etibarnamə vermək məsələsinə süni şəkildə əngəl yaradan səlahiyyətli qurumlardan rəsmi şikayət verəcəyini bildirib. Hazırda 4 saylı qadın cəzaçəkmə müəssiəsində olan siyasətçi xanım ailə üzvləri vasitəsilə problemi geniş ictimaiyyətin diqqətinə çatdırmağı xahiş edib. Bacısı Şirin xanımın sözlərinə görə, bu məsələ qəsdən uzadılır. Gözəl xanım bu cəzaçəkmə müəssisəsinə köçürülənə qədər qanunla onlara etibarnmə verilə bilməyəcəyini bildiriblər. Bura köçürüldükdən sonra isə yol çantasından götürülən əşyaların geri alınması üçün bir, Avropa məhkəməsinin pozulmuş hüquqlarına görə siyasətçi xanıma ödədiyi təzminatı almaq üçün başqa etibarnamə tələb olunduğu bildirilib. Birinci etibarnamə iki aya yaxın müddətdir verilsə də, çantadan çıxan əşyaları hələ də geri ala bilməyib. Avropa məhkəməsinin qərarı əsasında  onun hesabına ödənilən təzminatı çıxarmaq üçün isə, ümumiyyətlə, etibarnamə verilmir. Kiçik hüquqi prosedur olmasına baxmayaraq, aylardır ailə üzvlərini süründürürlər. Bacısının sözlərinə görə, etibarnamə verilməsi üçün indiyədək onlara 600 manatlıq  sənəd tərcümə etdiriblər. İndi isə min bir bəhanə ilə sənədi vermirlər. Gözəl xanım sənədin verilməməsini birbaşa yuxarıların göstərişi hesab edir. O, bütün səlahiyyətli orqanlara, ictimaiyyətə səslənərək bu qanunsuzluğa qiymət verilməsini istəyib. Siyasəti xanım qanunsuz olaraq etibarnaməni gecikdirən qurumlardan şikayət verəcəyini də açıqlayıb.

Xatırladaq ki, indiyə kimi Avropa məhkəməsi G.Bayramlının iki şikayət işinə baxıb və hər iki iş üçün də Azərbaycan hökumətini cərimələyib. Gözəl xanım həbs olunduqdan sonra həmin təzminatın yalnız müəyyən hissəsi onun hesabına köçürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun