Dünya üçüncüsü Belçika oldu

Dünya üçüncüsü Belçika oldu
15 İyul 2018
Mətni dəyiş

Eden Hazard 82-ci dəqiqədə hesabı artırır-2:0

Dünya çempionatının bürünc mükafatçısı bəlli olur. 3-cü yer uğrunda Belçika və İngiltərə milliləri mübarizə aparıb. Belçika artıq 4-cü dəqiqədə hesabı açıb. Qolu Tomas Meunier vurub.

Sankt-Peterburqda keçirilən oyunu iranlı hakim Alireza Faqani idarə edir.

Qeyd edək ki, Belçika millisi yarımfinalda Fransa yığmasına, İngiltərə isə Xorvatiya millisinə məğlub olub.

Beləliklə bu gün-iyulun 15-də keçiriləcək final görüşündə isə Fransa və Xorvatiya milliləri qarşılaşacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun