Bütün ölkə boyu işıqlar sönüb Yenilənib

Bütün ölkə boyu işıqlar sönüb Yenilənib
3 İyul 2018
Mətni dəyiş

Artıq bəzi rayonlarda elektrik enerjisinin verilməsi bərpa olunub.

Bu barədə Realtv.az məlumat verir. Xəbərdə bunun Rusiyadan paralel enerji mübadiləsi ilə baş tutduğu qeyd edilir.

"Azərbaycanın qərb rayonlarında elektrik enerjisinin verilişi bərpa olunub. Bu barədə REAL-a Azərenerji QSC-dən məlumat verilib. Məlumata görə, strateji əhəmiyyətə malik Mingəçevir şəhərində də elekttrik enerjisinin verilişindəki fasilə aradan qalxıb. Ən qısa zamanda Bakı və ətraf bölgələr də elektrik enerjisi ilə təmin olunacaq. Çünki Rusiya ilə paralel enerji mübadiləsi baş tutub. "

Sayt yazır ki, "Azərenerji-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlının Real TV-yə açıqlamasında deyib ki, yanğına səbəb havaların ifrat isti keçməsi olub. Beləki, soyutma sistemlərində yüklənmə yaranıb və buna görə də blokların biri sıradan çıxı".

Yahya Babanlı əlavə edib ki, hadisə bir neçə yüksək gərginlikli elektrik xətti ilə birləşən yarımstansiyada baş verdiyindən bərpası uzun çəkə bilər.

***

FHN-dən APA-ya verilən məlumata görə yanğın tamamilə söndürülüb, soyutma işləri aparılır və vəziyyət tamamilə nəzarət altındadır.

“Ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək. Heç bir panikaya əsas yoxdur”,deyə FHN rəsmisi bildirib.

Xəbərdə vurğulanır ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Məlumata görə ölkənin şimal rayonlarının bəzilərinə elektrik enerjisinin verilişi bərpa edilib və bir neçə saat ərzində bütün ölkə üzrə elektrik enerjisinin verilməsi gözlənilir.

***

RƏSMİ: Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında qəza baş verib.

"Azərişiq" ASC-nin sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb. Hadisənin səbəbləri araşdırılır. Bunu "Report"a "Azərişıq"ın mətbat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təsdiq edib.

"Azərenerji" ASC hazırda Gürcüstan və ya Rusiyadan enerji mübadiləsinin aparılması və qəzanın nəticələri aradan qaldırılanadək respublikanın elektrik enerjisi ilə təmin edilməsinə çalışır.

Şüvəlan İES hazırda Bakıda işıqlandırmanı bərpa etməyə çalışır. Adının açıqlanmasını istəməyən qurum yetkilisi məlumat verib.

***

Mingəçevir İES-də partlayış olduğu deyilir

İyulun 2-dən 3-nə keçən gecə Bakıda və Azərbaycanın əksər rayonlarında elektrik enerjisinin verilməsi dayandırılıb. İlkin məlumata görə, problem Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) yaranıb. Mingəçevirdə yaşayan jurnalistlərin Meydan TV-yə verdikləri məlumata görə, stansiyada partlayış olub. Elektrik enerjisinin kəsilməsinə səbəb budur.

"Stansiyada yanğın hələ də davam edir, sönməyib".

Hələlik, problemlə bağlı rəsmi açıqlama verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun