Bakıda yaşıllıq zolaqları məhv edilir- ARAŞDIRMA

Bakıda yaşıllıq zolaqları məhv edilir- ARAŞDIRMA
26 İyul 2018
Mətni dəyiş
Son dövrlərdə Bakıda yaşıllıqların məhv edilməsiylə bağlı bir çox görüntü yayılıb. Bundan öncə də qeyd etmişdik ki, paytaxtımızda son illərdə dözülməz istilər həm də ağacların kəsilməsi, yaşıllıqların məhv edilməsi, ekoloji vəziyyətin ağırlaşması ilə əlaqədardır. Bakıdakı yaşıl zonalar əvvəlki və hazırkı vəziyyətiylə bağlı qısa bir araşdırma etmişik. N!DA Vətəndaş Hərəkatının üzvü Əbdül Əbilov son illər Bakıda yaşıllıq zolaqlarının məhv edilməsini araşdırıb. Həmin araşdırmanı təqdim edirik. Görün, Bakıda son 10-15 il ərzində nə qədər yaşıllıq məhv edilib?! Hamısı da oliqarxların, hakimiyyətdə dayağı olan biznesmenlərin yeni obyektlər, binalar tikməsi, əlavə gəlir əldə etməsi üçün. Bunların kökündə də korrupsiya dayanır. Əvəzində biz nə itiririk? Təmiz hava, övladlarımız üçün oyun meydançaları və ümumən sağlamlığımızı. Bu araşdırmanı Google Earth proqramı vasitəsiylə etmişik. Araşdırmaya qoşulmaq istəyən adamlar bu proqramdan istifadə edib oxşar görüntülər yaya bilərlər. Həm Bakıdan, həm də regionlardan. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun