Azərbaycanda 10 min nəfərə 15 vəkil...

Azərbaycanda 10 min nəfərə 15 vəkil...
19 İyul 2018
Mətni dəyiş

Bu gün 266 nəfər vəkilliyə namizəd vəkil andı içib. Vəkillər Kolegiyası bununla da Azərbaycanda vəkillərin sayının 1500 nəfəri ötdüyünü  bildirib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib ki, bundan sonra 10 min nəfərə 15 vəkil düşəcək.

Amma Kollegiya sədrinin bu iddiasının hansı riyazi əməldə öz təsdiqini tapacağı müəmma olaraq qalır. Xatırladaq ki, A.Bağırov bu ildən Vəkillər Kollegiyasının sədri kimi fəaliyyət göstərir. Vəkillər Kollegiyası məhkəmə, prokurorluq, Penitensiar Xidmət sisteminə "problem" yaradan vəkilləri Kollegiyadan xaric etmək,onları başqa formalarda cəzalandırmaqla məşğuldur.

Vəkillər Kollegiyası Xalid Bağırovu, Əlayif Həsənov, Yalçın İmanovu, Müzəffər Baxışovu, Nemət Kərimlini, Fəxrəddin Mehdiyevi, Əsabəli Mustafayevi, İradə Cavadovanı və başqa vəkilləri kollegiyadan çıxarıblar. Bu vəkillər hamısı siyasi motivli məhkəmə proseslərində iştirak edib. Həmçinin Vəkillik üçün imtahan verib birinci mərhələdə imtahanı keçən müstəqil fikirli şəxsləri ikinci mərhələdə kəsiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun