Anomal isti hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Anomal isti hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
2 İyul 2018
Mətni dəyiş

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti anomal hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, anomal isti hava şəraiti ilə bağlı iyul ayının 3-ü günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 3-4-də Abşeron yarımadasında isti hava dalğası ilə bağlı qızmar temperatur diskomfortu əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.

Məlumata görə, iyulun 3-4-də ölkə ərazisində anomal qızmar hava şəraitinin davam edəcəyi, Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 40-43, Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 40-44, bəzi yerlərdə 46, Qazax-Gəncə zonası, Böyük Qafqaz, Lənkəran-Astara rayonlarında 38-42, dağlıq rayonlarda isə 28-33 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun