Əfqan Muxtarlının ifadəsi Gürcüstan prokurorluğuna təqdim olunub

Əfqan Muxtarlının ifadəsi Gürcüstan prokurorluğuna təqdim olunub
27 İyul 2018
Mətni dəyiş

Həbsdəki jurnalist Əfqan Muxtarlı Gürcüstan Prokurorluğuna təqdim edilməsi üçün yazılı ifadə verib.

Bu haqda Turan-a jurnalistin gürcüstanlı vəkili Archil Chopikashvili məlumat verib.

Əfqan Muxtarlı işi ilə bağlı keçən il Gürcüstanda da cinayət araşdırmasına başlandığını qeyd edən vəkil ötən müddət ərzində araşdırmada hər hansı irəliləyişin olmadığını bildirib:

“Biz hər dəfə müraciət etdiyimizdə bizə araşdırmanın yubanmasını Əfqan Muxtarlının ifadəsini ala bilməmələri ilə izah edirdilər. Prokurorluq müvafiq müraciətlərə Azərbaycan tərəfinin cavab vermədiyini bildirirdi. Ona görə də biz Muxtarlının özünün yazdığı ifadəni prokurorluğa təqdim etdik”.

Jurnalist ifadəsini ötən ay göndərib, o, notarial qaydada gürcü dilinə çevrilib və Gürcüstan Prokuroluğunun İstintaq İdarəsinə ünvanlanıb.

İfadənin məzmununa gəlincə, vəkil deyib ki, Muxtarlı orda başına gələnləri detallarınadək qeyd edib, istintaqı maraqlandıran mümkün bütün suallara aydınlıq gətirib.

Vəkil ifadənin prokurorluğa təqdim edilməsi ilə jurnalistin işinin araşdırmasında irəliləyişin ola biləcəyini söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun