Trump-la Putin Vyanada görüşə bilərlər

Trump-la Putin Vyanada görüşə bilərlər
9 İyun 2018
Mətni dəyiş

Vyana ABŞ və Rusiya prezidentlərinin görüşü üçün mümkün şəhərlərdən biri sayılır.

Bunu iyunun 9-da jurnalistlərə Kremlin sözçüsü Dimitry Peskov bəyan edib.

O, “Şanxay əməkdaşlıq təşkilatı” ölkələrinin Çinin Tsindao şəhərində keçirilən sammiti çərçivəsində deyib ki, prezidentlər Vladimir Putinlə Donald Trump bu ilin martında telefon söhbəti zamanı görüşün perespektivlərini müzakirə edərkən bildiriblər ki, bu Vyanada da baş tuta bilər.

Peskov bildirib ki, hazırda görüşlə bağlı konkret elə bir razılaşma və ya müzakirə yoxdur.

Amma qeyd edib ki, Vladimir Putinin bu günlərdə Avstriya kansleri Sebastuan Kurzla görüşündə bu barədə məsələ qaldırılıb.

ABŞ prezidenti Donald Trump martda tezliklə Vladimir Putinlə bir araya gələcəklərini demişdi.

Amma o vaxtdan bu yana, Suriya müharivəsi və keçmiş rusiyalı casus Sergei Skripalın Britaniyada zəhərlənməsinə görə iki ölkə arasındakı münasibətlər daha da pisləşib.

Qeyd edək ki, Qərb hesab edir ki, Skripalın zəhərlənməsinin arxasında Rusiya durur.

Moskva ittihamı rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun