Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınlar sürücülük vəsiqəsi alır

Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınlar sürücülük vəsiqəsi alır
5 İyun 2018
Mətni dəyiş

Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınlar sürücülük vəsiqəsi alır.

Beləliklə dünyada qadın sürücü hüquqlarının yasaqlanmasına dair yeganə qanun ləğv edilmiş olur.

Hökumətin bəyanatında deyilir ki, Britaniya, Livan və Kanada kimi ölkələrin sürücülük vəsiqəsinə malik olan qadınlara ilk növbədə vəziqə verilir. Yeni vəsiqələr almazdan öncə qadınlar qısa sürücülük imtaahanı verməlidir.

Səudiyyə Ərəbistanında qanun iyunun 24-də qüvvəyə minir. Bu addım Şahzadə Xalid Bin Salmanın neftlə zəngin bu ölkənin müasirləşdirilməsi planı çərçivəsində atılıb.

Yeni qaydalar kişi himayədarlığı ilə vəsiqə almaq qararına etiraz edən bir neçə qadının nəzarət altına alınmasından sonra həyata keçirilir. Onların bəziləri məhkəmə qarşısına çıxarılacaq.

Səudiyyə Ərəbistanında qadınlar kişilərin icazəsi olmadan leqal qərarlar verə bilməz. Lakin şahzadə Salman qadınların təkbaşına maşın sürmələrinə imkan yaradılacağını və onların Məkkə və Mədinə kimi müqəddəs şəhərlərdə də sərbəst hərəkətinə yol veriləcəyini vəd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun