NATO Rusiyanın hücumuna qarşı çevik hərəkət qüvvələri yaradır

NATO Rusiyanın hücumuna qarşı çevik hərəkət qüvvələri yaradır
2 İyun 2018
Mətni dəyiş

NATO Avropada 30 minlik çevik hərəkət qüvvəsi yaratmağı planlaşdırır.

Bu, Rusiya tərəfdən hücum olduğu halda, mövcud qüvvələrə əlavə olaraq yaradılır. Deutsche Welle bildirir ki, bu barədə iyunun 2-də Almaniyanın Welt am Sonntag (WamS) nəşrində dərc edilən məqalədə deyilir.

Aİ-nin 23 dövlətinin nümayəndələri "təhlükəsizlik və müdafiə məsələləri üzrə daimi struktur əməkdaşlığında" iştirak etmək niyyəti barədə bəyannamə imzalayıb. Yekun qərar dekabrda qəbul edilməlidir.

Çevik qüvvələrin bir neçə yüz hərbi təyyarəsinin və gəminin olması planlaşdırılır, nəşr NATO diplomatlarına istinadən yazır. Yeni bölmələr tərkibində 20 min əsgər olan mövcud çevik qüvvələri möhkəmləndirməlidir.

NATO üzvlərinin iyulda keçiriləcək sammitdə müvafiq qərar qəbul edəcəkləri gözlənilir.

Mənbə WamS-a bildirib ki, belə qüvvələrdə Almaniya aparıcı rol oynayacaq.

Hazırda Almaniya, Böyük Britaniya, Birləşmiş Ştatlar və Kanada Estoniya, Latviya, Litva və Polşada yerləşdirilən beynəlxalq çevik hərəkət qrupuna rəhbərlik edirlər.

NATO ümid edir ki, bu bölmələr həmin dövlətlərin milli silahlı qüvvələri ilə birlikdə istənlən təcavüzün qarşısını almağa və lazım gələrsə ona cavab varməyə hazırdır. 15 müxtəlif NATO dövlətinin nümayəndələrindən ibarət dörd batalyon ümumilikdə 4,5 minə yaxın hərbçini birləşdirir. Onların yerləşdirilməsi Rusiyanın Ukraynaya qarşı aqressiv hərəkətlərinə açıq cavabdır.

217-ci ildə NATO ölkələri orta hesabla müdafiə xərclərini artırıblar. Əvvəlki illə müqayisədə 2,25% artım olub.

Bundan öncə KİV bildirib ki, amerikalı hərbçilər Avropa müdafiəsinin gücləndirilməsi üçün Almaniyada raket əleyhinə güclü müdafiə sisteminin təşkili ilə bağlı ilkin müzakirələr aparıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun