Fransa və Ispaniya İtaliyanın rədd etdiyi qaçqınları qəbul edəcək

Fransa və Ispaniya İtaliyanın rədd etdiyi qaçqınları qəbul edəcək
16 İyun 2018
Mətni dəyiş

Fransa Aralıq dənizində xilas edilən “Aquarius” kəmisindəki qaçqınların bir hissəsini qəbul etməyə razılıq verib.

Bazar günü bu gəminin İspaniyanın Valensiya limanına yan alacağı gözlənilir.

Gəmidə 600-dən çox afrikalı miqrant var.

İspaniya da İtaliya və Maltakı yeni hökumətlərin rədd cavabından sonra, onların bir qismini, qəbul etmək razılığına gəlib.

Bir neçə miqrantın dənizdə batdığı bildirilir.

İtaliyanın miqrantları qəbul etməməsi Parislə Roma arasındakı münasibətləri gərginləşdirib. Fransa prezidenti Emmanuel Macron buna görə İtaliyanı pisləyib.

İtaliyanın yeni baş naziri Matteo Salvini isə bildirib ki,Roma Afrika sahillərində miqrantları xilas edən qanunsuz təşkilatlarla əməkdaşlığı dayandırır və limanlarını onların gəmilərinə bağlayır.

Miqrant problemi iyunun sonlarında Avropa Birliyi sammitində əsas müzakirə mövzularından biri olmalıdır.

Yaxın Şərq və Afrikadakı ərəb ölkələrində gedən hərbi münaqişələr Avropaya qaçqın axınına səbəb olub.

Təkcə Almaniya milyondan artıq miqrant qəbul edib.

Türkiyədə isə hazırda 2 milyondan çox qaçqın var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun