Erdogan qalib gəldi, İncə nəticələri qəbul etdi

Erdogan qalib gəldi, İncə nəticələri qəbul etdi
25 İyun 2018
Mətni dəyiş

Türkiyədə prezident və parlament seçkilərinin yekun nəticələri bilinib.

Seçki qutularının 99%-dən çoxu açılıb və nəticələrə görə, prezident seçkilərində Receb Tayyib Erdogan 52.5%-lə liderdir. Onun əsas rəqibi, CHP-nin namizədi Məhərrəm İncə 30.6, HDP-nin namizədi Səlahəddin Dəmirtaş 8.3, MHP-dən ayrılaraq öz partiyasını (İYİ partiyası) Meral Akşener 7.3% səs toplayıb.

Parlament seçkilərində isə AKP və MHP-nin qurduğu Cumhur İttifaqı 53.6, CHP-nin İYİ və Səadət patiyaları ilə qurduğu Millət ittifaqı 34.3 və 11.6% səs yığıb.

Prezident seçkisinin nəticələrilə bağlı artıq Erdoganın əsas rəqibi Məhərrəm İncə mətbuat konfransı keçirərək, məğlub olduğunu etiraf edib.

“Əlinizdəki protokollarda uduzmusunuzsa, uduzmusunuz. “Bunu qəbul etmirəm, kçələrə çıxaq” demək demokratiya deyil… Qalib gəlib, yapılacaq bir şey yox. Rəqibin qalib gəldiyində təbrik etməyəcəksənsə, yarışa girməyəcəksən…”, – deyə M.İncə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun