Dag uçqunu olub, Lahicla əlaqə kəsilib

Dag uçqunu olub, Lahicla əlaqə kəsilib
2 İyun 2018
Mətni dəyiş

İsmayıllı rayonunda iyunun 1-dən axşamüstü başlayan leysan yağışlar bir sıra fəsadlar törədib.

Rayon fövqəladə hallar komissiyasından verilən məlumata görə, ərazidə elektrik, yol və kənd təsərrüfatına, habelə fərdi təsərrüfatlara ciddi ziyan dəyib.

Güclü külək və leysan yağışları 6 fərdi yaşayış evində, 5 yardımçı tikilidə və 2 sahibkarlıq obyektində dağıntılar törədib. Habelə 1 ədəd “VAZ 21099” markalı avtomobilin üzərinə ağac aşıb.

İki vətəndaşa məxsus daş hasarın uçduğu, Diyallı kənd mədəniyyət evinin 600 kvadratmetrlik dam örtüyünün tamamilə dağıldığı bildirilir.

Lahıca gedən yolda isə dağ uçqunu baş verib. Nəticədə qəsəbə ilə avtomobil əlaqəsinin kəsildiyi bildirilir.

İsmayıllı şəhərinin bəzi məhəllələrində və 19 kənddə isə elektrik verilişində problemlər yarandığı açıqlanıb. Yayılan məlumata görə, Sulut və Kəlbənd kəndlərinə gediş-gəlişdə məhdudiyyət yaranıb. Talıstan və Mücü kəndlərinin su təsərrüfatına ziyan dəyib. Sel-suları nəticəsində kənddaxili yollarda da dağıntılar olub.

Rayon fövqəladə hallar komissiyasından iyunun 2-də günorta saatlarınadək əksər ərazilərdə elektrik enerjisinin verilişinin bərpa edildiyini bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun