Dərnəgül bazarı yandı

Dərnəgül bazarı yandı
19 İyun 2018
Mətni dəyiş

İyunun 19-da Bakının Nərimanov rayonunda yerləşən “Dərnəgül bazarı” kimi tanınan tikinti materialları satıldığı bazarda yanğın baş baş verib. 

Həmin tikinti materialları bazarı sadə insanlar arasında “Taxta bazarı” kimi tanınır.

Məlumata görə, 10-a yaxın mağaza yanğından zərər görüb. Əsasən taxta, lambrit, boya, “1001 xırdavat” mağazalarındakı mallar yanıb. 3 nəfərin əlindən və üzündən yüngül yanıq xəsarətləri aldığı bildirilir. Yanğın tez bir zamanda söndürülsə də, ətrafdakı mağazaların şüşələri də təzyiqdən partlayıb. Yanğınsöndürənlər yanğının qarşısını almaq üçün həmin mağazaların da mallarını sulayıblar. Nəticədə 50-dən artıq mağaza ziyan çəkib.

Hazırda yanğın söndürülüb. Ərazi yanğınsöndürənlər və polislərlə əhatə olunub. Zərər görmüş mağazaların məhsulları küçəyə töküldüyündən sahibkarlar mallarını xilas etməklə məşğuldur. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğına səbəb “Taxta bazarı” kimi tanınan tikinti materiallarının satışı mağazasının dam örtüyü yanmasıdır.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun