Bakının baş planı hazırlanacaq

Bakının baş planı hazırlanacaq
27 İyun 2018
Mətni dəyiş

Prezident İlham Əliyev bu gün, iyunun 27-də Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakının baş planının hazırlanması işinin təşkilindən ötrü nüfuzlu beynəlxalq məsləhətçi şirkət cəlb ediləcək. Bu məqsədlə dövlət büdcəsindən 4 milyon manat ayrılıb.

Bakı şəhərinin baş planı bundan öncə də bir neçə dəfə gündəmdə olub.

Sonuncu belə müzakirələr 2016-cı ilin sonunda baş verib. Dövlət Layihə İnstitutu “Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırılması planı”nı (Baş plan) təqdim edib.

O vaxt Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirmişdi ki, layihənin gerçəkləşdirilməsi ilə əlaqədar Bakıda çoxsaylı bina söküləcək və köçürüləcək.

Sonradan həmin planın qəbul olunmadığı açıqlandı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun