Navalny sərbəst buraxılıb

Navalny sərbəst buraxılıb
6 May 2018
Mətni dəyiş

Rusiyada dünən ölkə boyu təşkil etdiyi mitinqlər çərçivəsində Moskvadakı aksiyada saxlanlıan müxalifət lideri Aleksey Navalny sərbəst buraxılıb.

Polis onun barəsində iki protokol tərtib edib: "qanunsuz aksiyanın təşkili" və "polisə müqavimət"lə bağlı.

Bu barədə siyasətçinin özü Twitter səhifəsində yazıb: "Yəqin yuxarıdan komanda verilib ki, andiçməyə qədər heç kimi həbs etməyin".

Məlumatlara görə, dünənki aksiyalar zamanı Rusiya boyu 1000-dən çox insan saxlanıb. Saxlanılanlar sonradan sərbəst buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun