Jurnalist aclıq keçirir

Jurnalist aclıq keçirir
4 May 2018
Mətni dəyiş

"Həyat yoldaşım jurnalist Əfqan Sadıqov artıq 4-cü gündür aclıq keçirir. 

Onun səhhəti ilə bağlı hər hansı məlumat ala bilmirəm. Həyat yoldaşımın səhhətindən çox narahatam". Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Facebook səhifəsində yazıb.

“Həyat yoldaşım, şərlənərək həbs olunan jurnalist Əfqan Sadıqov ona qarşı olunan haqsızlıqlara və qanunsuzluqlara etiraz olaraq artıq 4 gündür ölüm aclığı keçirir. Hamınızı ona dəstək olmağa çağırıram”, Sadıqova facebook səhifəsində də ictimaiyyətə müraciət edib.

O Əfqan Sadıqovun aclıq aksiyasına başlaması ilə bağlı 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsini müvəqqəti icra edən Elnur İsmayılova yazdığı müraciətin surətini də facebook səhifəsində yayıb.

“Penitensiar Xidmət və Baş Tibb İdarəsində olan anarxiyaya etiraz olaraq mayın 1-dən yemək, dərman qəbulu, söz və danışmaq hüququndan imtina aksiyasına başlayıram”, jurnalist müraciətində yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun