İntiqam Əliyevin "Meydan" kitabının təqdimatı keçirilib

İntiqam Əliyevin "Meydan" kitabının təqdimatı keçirilib
23 May 2018
Mətni dəyiş

Hüquqşünas İntiqam Əliyevin həbsdən sonra yazdığı “Meydan” romanı nəşr olunub.

Mayın 22-də NİDA Vətəndaş Hərəkatının keçirdiyi təqdimata ictimaiyyət nümayəndələri, hüquqşünaslar qatılıb.

Təqdimatda kitab yarmarkası təşkil olunub. Lakin çap olunan kitabın satışı həyata keçirilməyib. “Meydan”ı oxumaq istəyənlər, əvəzində başqa kitab gətirib. Həmin kitabların isə ehtiyaca olanlara, siyasi məhbuslara verilməsi nəzərdə tutulub.

İntiqam Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2016-cı ildə Ali Məhkəmənin qərarı ilə 5 il şərti cəza almaqla azadlığa buraxılıb. Hüquqşünas beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun