Formula 1 Azərbaycanda dayandırılıb Mayamiyə keçə bilərmi?

Formula 1 Azərbaycanda dayandırılıb Mayamiyə keçə bilərmi?
3 May 2018
Mətni dəyiş

Formula 1 yarışlarının təşkilatçıları Azərbaycandakı idman tədbirinin ABŞ-da keçiriləcək yeni bir yarışla əvəzlənəcəyi barədə xəbərlərin həqiqətə uyğun olmadığını bildirir.

F 1 yarışlarını işıqlandıran "Ziggo Sports F1" saytının xəbərinə görə tədbirin təşkilatçıları Azərbaycanda insan hüquqları sahəsində ziddiyyətlərə görə bu ölkədə yarışları durdurmaq və onları ABŞ-ın Miami şəhərində yeni təsis ediləcək yarışlarla əvəzləmək istəyirlər.

Azərbaycanda Formula 1-in marketinq və kommunikasiya şöbəsinin rəhbəri belə məlumatları "cəfəngiyyat" adlandırıb.

"Bizim müqaviləmiz var və biz F1 növbəti illərdə keçirəcəyik", - Nigar Arpadarai bildirib.

BBC Azərbaycancaya danışan Baku City Circuit-un nümayəndəsi yarışlara yeni ölkələrin əlavə olunacağı barədə müzakirələr aparıldığını da qeyd edib.

Mövcud müqavilələrə görə, Azərbaijan Grand Prix yarışları Bakıda 2020-ci ilədək davam etdirilməlidir.

Mayami "razıdır" Məqalədə deyilir ki, Miami-nin şəhər bələdiyyəsi tədbirin keçirilməsinə öz razılığını verib.

Miami-də yarışların artıq gələn ildən təqvimə əlavə olunacağı qeyd edilir.

Formula -1 artıq ABŞ-ın Texas ştatında keçirilir. Burada ilk yarış 2012-ci ildə təşkil olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun