Dializ xəstəsi olan AXCP üzvü narkotik ittihamı ilə “Kürdəxanıya” göndərildi

Dializ xəstəsi olan AXCP üzvü narkotik ittihamı ilə “Kürdəxanıya” göndərildi
11 May 2018
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir fəalı, milli azadlıq hərəkatının iştirakçılarından Mirfeyzulla Seyidova Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələr hazırlama, istehsal etmə və ya satma ) maddəsi ilə ittiham verilib.

Bu barədə AXCP-dən məlumat yayıblar.

Verilən məlumata görə, mayın 10-da Nərimanov Rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib və oradan birbaşa Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

M.Seyidovun mayın 9-da saxlanılıb. Partiyanın yaydığı məlumata görə, onun ailəsinə bu barədə yalnız mayın 10-da Nərimanov Rayon Polis İdarəsindən məlumat veriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun