Çovdarov məhkəməyə həkim nəzarəti altında gətirilib

Çovdarov məhkəməyə həkim nəzarəti altında gətirilib
8 May 2018
Mətni dəyiş

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Çovdarov xəstə olduğu üçün zala həkim nəzarəti altında gətirilib.Çovdarovun vəkili Kamandar Nəsibov vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyib: "Burda bəzi məsələlər var ki, dövlət sirri təşkil edir. Ona görə də, kənar şəxslər zaldan çıxarılsın". Çovdarov da vəsatətin təmin olunmasını istəyib. Vəsatət təmin olunub. Jurnalistlər zaldan kənarlaşdırılıb.

Qapalı keçirilən prosesdə Çovdarovun vəkili  Kamandar Nəsibov və polkovnik Səlim Məmmədovun vəkili Elçin Sadıqov məhkəmənin qismən  istintaq yolu ilə aparılması barədə vəsatət qaldırıblar. Vəsatət təmin edilməyib. Çovdarovun oğlu Ruslan, qızları Aidə Qasımova, Günay Əmircanova və həyat yoldaşı İbadət Çovdarova məhkəməyə müraciət edərək əmlaklarının üzərindən həbsi götürmək istəyirlər. Ruslan Çovdarov məhkəməyə müraciətində qeyd edib ki, onun evində axtarış aparılan zaman ona məxsus pul götürülüb.

A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Proses mayın 22-də davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun