BMT-də Azərbaycanla bağlı dinləmələr olub

BMT-də Azərbaycanla bağlı dinləmələr olub
16 May 2018
Mətni dəyiş

Mayın 15-də BMT-nin Universal Dövrü İcmal üzrə 30-cu sessiyasında Azərbaycanda insan hüquqlarıının durumu ilə bağlı dinləmələr keçirilib.

Dinləmələrdə Azərbaycanın 3-cü dövri hesabatı təqdim olunub. Hesabatı xarici işlər nazirinin müavini Xələf Xələfov təqdim edib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, X. Xələfov Azərbaycanın insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində əsas beynəlxalq sənədlərə tərəf olduğunu, BMT-nin müvafiq müqavilə qurumları çərçivəsində əməkdaşlıq edildiyininı qeyd edib. O, Dağliq Qarabağ münaqişəsindən, münaqişənin doğruduğu fəsdadlardan, habelə aprelin 11-də prezident seçkilərinin keçirilməsindən bəhs edib.

X.Xələfov iqtisadi, sosial və mədəni sahələrdə görülən tədbirlər, qəbul və icra edilən dövlət proqramları haqda da danışıb. Onun Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı əsas çətinliklərin Ermənistanın hərbi təcavüzü və bunun nəticəsində torpaqların 20%-nin işğalı altında olması ilə əlaqələndirdiyi bildirilir.

Onun təqdimatından sonra BMT üzv dövlətin nümayəndələrinin çıxış etdiyi, Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair münasibət ifadə etdikləri, tövsiyələrini səsləndirdiyi bildirilir.

XİN-in məlumatına görə, çıxış edənlərin böyük əksəriyyəti Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirib, bu təcrübənin davam etdirilməsini tövsiyə edib.

Azərbaycanın 3-cü dövri məruzəsinin qəbulu məsələsinə mayın 17-də baxılacaq.

Universal Dövri İcmal prosesi BMT sistemi daxilində insan hüquqları üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin monitorinqi sahəsində ən mötəbər təcrübə hesab edilir.

Beş ildən bir keçirilən UDİ baxışı zamanı insan hüquqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərin hər bir BMT üzvü dövlət tərəfindən icrası vəziyyəti qiymətləndirilir və digər dövlətlər tərəfindən məruzəsi dinlənilən dövlətə müvafiq istiqamətdə tövsiyələr verilir.

Azərbaycan bundan əvvəl 2013-cü ilin sentyabrında 2-ci hesabatını təqdim edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun