Bayılda sürüşmə nəticəsində 3 ev uçub

Bayılda sürüşmə nəticəsində 3 ev uçub
16 May 2018
Mətni dəyiş

Bayıl qəsəbəsindəki (Buxta küçəsi, 9) 16 mərtəbəli binanın yaxınlığında ekzogen proses müşahidə olunmaqdadır.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Ə.Qaralov deyir ki, proses son günlərdə sürətlənib və burada yaşayan əhaliyə təhlükə yaranıb: «Bu prosesin nəticəsi olaraq, 3 ev uçub, 22 evin sakinləri isə həmin ərazidən köçürülüb».

Torpaqda çatların əmələ gəlməsinin aktivləşməsinin dəqiq səbəblərini müəyyən etmək mümkün deyil. Onlar müxtəlif ola bilər.

Xatırladaq ki, Bayıl adətən sürüşmə zonası hesab olunur və vaxtaşırı burada torpaq kütləsinin hərəkəti aktivləşir ki, bu da böyük sayda əhalinin köçürülməsinə səbəb olur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun