Bakıda kafedə partlayış olub, ölənlər var

Bakıda kafedə partlayış olub, ölənlər var
21 May 2018
Mətni dəyiş
Mayın 21-də Bakının Binəqədi rayonunda yerləşən kafelərdən birində partlayış olub. Hadisə “Elite” Ticarət Mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə baş verib. Partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir. Məlumata görə, ölən şəxslərin meyitləri tanınmaz haldadır. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın məlumatına görə, təcili yardım maşını bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri almış iki nəfəri Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzinə aparıb. Onun sözlərinə görə, hazırda yaralıların vəziyyəti ağırdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun