Azərbaycanda ABŞ-la tərəfdaşlıq nəticəsində pendir istehsal olunacaq

Azərbaycanda ABŞ-la tərəfdaşlıq nəticəsində pendir istehsal olunacaq
12 May 2018
Mətni dəyiş

Mayın 11-də ABŞ səfirliyinin səfir müavini vəzifəsini müvəqqəti icra edən Karter Vilbur və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Saatlı rayonunun (Bakıdan 191 kilometr cənub-qərb) Günəşli kəndində süd toplama və emalı müəssisəsinin açılışını edib.

Həmin müəssisə Azərbaycanda ilk dəfə sarı pendir istehsal edəcək. Tədbirdə Saatlı rayon icra hakimiyyətinin, yerli bələdiyyənin nümayəndələri və yerli sakinlər iştirak edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yerli tərəfdaşı Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) beş kəndin icma üzvləri ilə birgə çalışaraq köhnəlmiş süd toplama məntəqəsini təmir edib. Təımir işləri başa çatdıqdan sonra yerli sakinlər qərara gəlib ki, yeni avadanlıq quraraq sarı pendir istehsal etsinlər.

“Müəssisənin yeni avadanlığı əvvəlkindən daha tez südü emal edəcək və süd məhsulları istehsal edəcək. Müəssisənin 20 ton saxlanc imkanı var və 400 kq brınza pendiri və 500 kq sarı pendir istehsal etmək gücündədir. Müəssisə 12,700-dən çox sakini olan Günəşli, Nəsimikənd, Fətəlikənd, Şirinbəy və Varxan kəndlərinin yerli iqtisadiyyatının inkişafına kömək edəcək”, səfrilik bildirir.

ABŞ və Azərbaycan 105 müxtəlif icmada 120 icma layihəsi həyata keçirib. Bu layihələrdən 206,000-dən çox insan faydalana bilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun