AXCP üzvləri barədə həbs qərarı dəyişmədi

AXCP üzvləri barədə həbs qərarı dəyişmədi
31 May 2018
Mətni dəyiş

Mayın 31-də Bakı Apellyasiya Məhkəməsində 1 həftə əvvəl həbs edilmiş AXCP funksionerləri Ruslan Nəsirli və Babək Həsənovun şikayətinə baxılıb.

Şikayət onların barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsindən verilmişdi. Şikayətlərin heç biri təmin edilməyib və aşağı instansiya məhkmələrinin qərarları qüvvədə saxlanılıb.

Xatırladaq ki, Ruslan Nəsirli, Babək Həsənov və Aqil Məhərrəmli mayın 25-də həbs ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun