Avroliqanın qalibi "Atletiko" oldu

Avroliqanın qalibi "Atletiko" oldu
17 May 2018
Mətni dəyiş

Bu gün 2017/18 mövsümündə UEFA Avropa Liqasının qalibi müəyyənləşib.

Lionda keçirilən həlledici qarşılaşmada Madrid “Atletiko”su “Marsel”lə üz-üzə gəlib.

“Atletiko” üçüncü dəfə Avroliqada final həyəcanı yaşayıb. İspaniya təmsilçisi 2009/2010 və 2011/12 mövsümündə qitənin ikinci dərəcəli klub turnirinin qalibi olub. "Atletiko" üçüncü finalında da qalib gəlib. Oyun Madrid klubunun 3-0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Antuan Qrizmann (21, 49 dəq.) və Qabi (89 dəq.) vurub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun