Əbülfəz Qurbanlı polis idarəsinə aparılıb

Əbülfəz Qurbanlı polis idarəsinə aparılıb
30 May 2018
Mətni dəyiş

NİDA-nın İdarə Heyətinin üzvü Əbülfəz Qurbanlı bu gün səhər Sumqayıt Polis İdarəsinə çağırılıb.

Bir neçə saatlıq söhbətdən sonra sərbəst buraxılıb.

Bununla barədə o Facebook səhifəsinə yazıb.

Polisə çağırılmasına səbəb kimi 28 May günü mərkəzdəki Cümhuriyyət yürüşündə iştirakı göstərilib:

"Səhər evdən çıxanda 3 nəfər yaxınlaşıb Sumqayıt Polis İdarəsinə getməyimi istədilər. İdarədə rəis müavini 28 May günü mərkəzdəki Cümhuriyyət yürüşündə iştirak etdiyimi, təşkilatçı olduğumu, şüar səsləndirdiyimi dedi. Mən də bayram tədbirində iştirak etdiyimi, orada qanundan kənar heç nə olmadığını bildirdim. Polisin yol kəsdiyini, Cümhuriyyət yürüşünə mane olduğunu dedim. Ailə tərkibi, fəaliyyətim haqda suallar verdilər. İki saatdan bir az artıq saxlayıb şifahi xəbərdarlıq edib qanunsuz hərəkət etsəm məsuliyyət daşıyacağımı elan etdilər. Təbii ki, bütün fəaliyyətin qanuni olduğunu, əvvəlki dövrdə qanunsuz həbs olunduğumu və buna görə hökumətin AM-nin qərarı ilə mənə təzminat ödədiyini nəzərlərinə çatdırdım".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun