Taleh Xasməmmədov şərti azadlığa çıxdı

Taleh Xasməmmədov şərti azadlığa çıxdı
22 Aprel 2018
Mətni dəyiş

Hüquq müdafiəçisi Taleh Xasməmmədov aprelin 21-də axşam saatlarında Göyçay Rayon Məhkəməsinin qərarı ilə azad edilib.

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, 4 saat davam edən məhkəmə Xasməmmədovu şərti, polis nəzarətinə verməklə azadlığa buraxıb. Cinayət işi davam edəcək və Taleh Xasməmmədov polis nəzarətində olacaq.

Oqtay Gülalıyev hesab edir ki, məhkəmənin qərarı 2 gün aparılan ictimai kampaniyanın, Taleh Xasməmmədovun günahsızlığı ilə bağlıdır.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) üzvü, hüquq müdafiəçisi Taleh Xasməmmədov aprelin 19-da, səhər saatlarında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi açılıb, haqqında Cinayət Məcəlləsinin 221.2.2 maddəsi ilə (qərəzli xuliqnalıq və hakimiyyət nümayəndəsi ilə zor tətbiq etmək) ilə cinayət işi açılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun