Rusiyanın Baş Qərargah rəisi və NATO qüvvələrinin baş komandanı Bakıda görüşəcəklər

Rusiyanın Baş Qərargah rəisi və NATO qüvvələrinin baş komandanı Bakıda görüşəcəklər
19 Aprel 2018
Mətni dəyiş

Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov NATO qüvvələri baş komandanı Kertis Skaparrotti ilə görüşmək üçün Bakıya gəlib.

Bu barədə RF Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Mənbənin məlumatına görə, tərəflər Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, Suriyada vəziyyəti müzakirə edəcəklər. "Valeri Gerasimov işgüzar səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək", - məlumatda qeyd olunur.

Rəsmi Bakı V.Gerasimov və K. Skaparrottinin danışıqlarını şərh etmir.

Xatırladaq ki, bu, Bakıda belə səviyyədə keçirilən üçüncü görüşdür. Bundan öncə V.Gerasimov ABŞ Birləşmiş Qərargahlar Komitəsinin rəisi və NATO-nun Avropada baş komandanı ilə görüşüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun