Putinin dostunun 2 milyardı donduruldu

Putinin dostunun 2 milyardı donduruldu
23 Aprel 2018
Mətni dəyiş

ABŞ-ın Rusiyaya qoyduğu iqtisadi sanksiyalar Kremlə yaxınlığı ilə seçilən oliqarxları çətinə salıb.

Reuters agentliyi yazır ki, ABŞ-ın rus milyarder Viktor Vekselberqə qoyduğu sanksiyalar onun "Renova" qrupunun nəzarət etdiyi bəzi şirkətlərin dollar hesablarının bloklanması ilə nəticələnib.

Bu hesablarda 1,5-2 milyard dollar məbləğində pul var.

​Bunlardan biri "Sulzer" maşınqayırma konsernidir. Həm bu konsern, həm də Avropadakı bəzi başqa şirkətlər sanksiyalar altına düşməmək üçün bundan öncə təcili şəkildə "Renova"da minlərlə səhmlərini almağa məcbur olmuşdular. ​

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun