Nazirlər Kabineti istefaya göndərilib, nazirlər müvəqqəti olaraq öz səlahiyyətlərini icra edirlər

Nazirlər Kabineti istefaya göndərilib, nazirlər müvəqqəti olaraq öz səlahiyyətlərini icra edirlər
18 Aprel 2018
Mətni dəyiş

Dövlət başçısının sərəncamı ilə Nazirlər Kabineti istefaya göndərilib.

Sənəddə bu qərar Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq, Nazirlər Kabinetinin istefa verməsi zərurəti ilə izah edilir.

Eyni zamanda Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək hökumət üzvləri öz səlahiyyətlərini icra edəcəklər.

Yeni seçilmiş prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti ona istefasını təqdim edir.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Aprelin 15-də Mərkəzi Seçki Komissiyası səsvermənin ümumi yekunlarına dair protokolun Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. MSK-nın yekun protokoluna əsasən, İ.Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub. Qalan 7 namizədin isə 0.74 faizdən 3.12 faizə qədər səs topladığı açıqlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun