Məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın baş verib, 7 nəfər zəhərlənib

Məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın baş verib, 7 nəfər zəhərlənib
3 Aprel 2018
Mətni dəyiş

Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Gilavar” sanatoriyasında yanğın hadisəsi baş verib.

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada Səidə Səfərovaya aid ev yanıb.

Birinci mərtəbədə baş verən yanğın nəticəsində ev yararsız vəziyyətə düşüb. Yanğın zamanı digər evlərə də ziyan dəyib.

Yanğın zamanı ikisi uşaq olmaqla ümumilikdə 7 nəfər tüstüdən yüngül zəhərlənib. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Toksikologiya şöbəsindən bildirilib ki, onlar bu gün evə buraxılacaqlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun