Khamenei Telegram hesabını bağladı və onu rəsmilərə qadağan etdi

İran bütün hökumət qurumlarına xarici mesajlaşma aplikasiyalarından istifadəni qadağan edib.

Bundan əvvəl ölkənin ali rəhbəri ayətüllah Ali Khamenei-nin ofisi onun milli maraqlar zəminində özünün Telegram hesabını bağladığını xəbər vermişdi.

İranın xəbər agentlikləri 18 aprel qadağanın səbəbi barədə heç nə demirlər və qadağanın hökumət məmurlarına işdən kənar saatlarda şamil edilib-edilməyəcəyi naməlum qalır.

Bir neçə gün əvvəl İranın vəzifəli millət vəkillərindən biri ölkədə 40 milyon istifadəçisi olan Telegram-ın aprelin sonunadək qadağan olunacağını demişdi.

İranın hakimiyyət orqanları ötən yanvarda antihökumət etirazları ilə əlaqədar Telegram-ı müvəqqəti bloklamışdı.

Ali rəhbərin ofisi bildirib ki, ayətüllah bundan sonra xəbərləri və fikrilərini İranın üç daxili messenceri vasitəsilə paylaşacaq.

Khamenei həm də İranda bloklanmış Twitter və Facebook-un istifadəçisi idi.

Son həftələrdə hakimiyyət orqanları iranlılara Telegram-ın yerli alternativlərindən istifadəni tövsiyə edirdilər.

Maraqlıdır ki, İranın bu qərarı Rusiya ötən həftə Telegram-ı bağlayandan sonra qəbul olunub.

Rusiya Telegram-ın təsisçisi və rəhbəri Pavel Durovdan mesajlaşma platformasının şifrə açarlarını FTX-yə verməyi tələb edirdi. Durov bu tələbi qətiyyətlə rədd etmişdi.