Keçmiş MTN generallarına hökm oxundu

Keçmiş MTN generallarına hökm oxundu
23 Aprel 2018
Mətni dəyiş

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə proses bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosedə məhkəmənin hökmü ilə general Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü ilə general Teymur Quliyev 12 il, Füzili Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevin hər biri isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Fərhad Atayev və Elşən Əzizov barəsində 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Qadın general Natəvan Mirvətova barəsində də 5 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun