Kəlbəcərin işğalından 25 il ötür

Kəlbəcərin işğalından 25 il ötür
2 Aprel 2018
Mətni dəyiş

Bu gün, aprelin 2-də Kəlbəcər rayonunun işğalından 25 il keçir.

Kəlbəcər rayonunu 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri işğal edib.

Həmin hadisələr zamanı 511 dinc sakinin öldürüldüyü, 321 nəfərin isə əsir götürülüb və ya itkin düşdüyü açıqlanıb. Ümumilikdə 58 min rayon sakini didərgin salınıb.

BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalı ilə bağlı 822 saylı qətnamə qəbul edib. Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın başqa işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb olunub. Ancaq bu və sonradan Azərbaycanın əlavə ərazilərinin işğalı ilə bağlı qəbul edilən başqa qətnamələr indiyə kimi yerinə yetirilməyib.

Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun