İlham Əliyev and içib

İlham Əliyev and içib
18 Aprel 2018
Mətni dəyiş

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, prezident İlham Əliyevin bu gün, aprelin 18-də Milli Məclisdə andiçmə mərasimi keçirilir.

Andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və prezidentin ailə üzvləri iştirak edirlər.

Xəbərdə bildirilir ki, Silahlı Qüvvələrin əsgərləri Azərbaycan dövlət bayrağını və prezidentin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriliblər.

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və hakimlər səhnəyə dəvət olunublar.

Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev çıxış edib. O deyib ki, Konstitusiya Məhkəməsi aprelin 17-də prezident seçkisinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) nəticələrini təsdiq edərək, İlham Heydər oğlu Əliyevi Azərbaycan prezidenti elan edib

Daha sonra prezident İ.Əliyev əlini Azərbaycan Konstitusiyasının üzərinə qoyaraq and içib.

«Prezident səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm», - deyə o, andında söyləyib.

Sonra prezident müsəlmanların müqəddəs kitabı- Qurani-Şərifə əl basaraq and içib: «Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam».

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun