Gültəkin Hacıbəyli: 13 yaşlı oğluma qarşı təxribat hazırlayırlar

Gültəkin Hacıbəyli: 13 yaşlı oğluma qarşı təxribat hazırlayırlar
2 Aprel 2018
Mətni dəyiş

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin övladına qarşı təxribat hazırlanır.

Bu haqda Gültəkin Hacıbəyli feysbuk səhifəsində yazıb. Yazını təqdim edirik:

“Hamının, hamının diqqətinə! Dünən mənə hüquq mühifizə orqanlarından birində çalışan etibarlı bir mənbədən bir məlumat sızdırılıb. Həmin məlumatda deyilir ki, hakimiyyət 13 yaşlı yeganə övladıma- 8-ci sinif şagirdi olan oğluma qarşı təxribat hazırlayır. Mənbə detallara aydınlıq gətirmədən onu bildirdi ki, oğlumun bütün hərəkət marşrutları, mobil telefonu nəzarətə götürülüb və davamlı şəkildə izlənilir. Mənbə yalnız onu dedi ki, uşağa qarşı təxribatı elə etməlidirlər ki, təbii görünsün, hakimiyyətin əməlinə bənzəməsin. Mən özümə qarşı edilən təhdidlərə heç vaxt önəm verməmişəm. Oğluma qarşı bu təhdidin də üstündən keçərdim və hətta bütün aşağı səviyyələrdən da aşağı düşmüş Azərbaycan hakimiyyətinin bu qədər kiçiləcəyinə indi də inanmaq istəmirəm. Amma 2013-cü ilin fevral ayında eyni mənbədən “bir oğlunuz var, onu itirəcəksiniz” təhdidini alanda “9 yaşlı uşağa qarşı heç vaxt belə şərəfsizlik etməzlər” deyə ciddiyə almamışdım, amma etdilər. Uşaq mənim siyasi fəaliyyətimin qurbanı oldu, ağır psixoloji stress yaşadı. Nəticədə, 2 il ağır müalicə olunmaq məcburiyyətində qaldı. Odur ki, açıq şəkildə bəyan edirəm: hər hansı bir formada həyata keçirilməsindən asılı olmayaraq oğluma qarşı istənilən təxribat, hücum, xəsarət və ya qəzanın məsuliyyəti birbaşa və birmənalı şəkildə AZƏRBAYCAN HAKİMİYYƏTİNİN üzərində olacaq! Ümid edirəm ki, Azərbaycan cəmiyyətini və xalqını özlərindən bu qədər iyrəndirmək niyyətləri yoxdur!”

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun