Fikrət Hüseynlinin məhkəməsi aprelin 19-dək təxirə salınıb

Fikrət Hüseynlinin məhkəməsi aprelin 19-dək təxirə salınıb
17 Aprel 2018
Mətni dəyiş
Aprelin 16-da Kiyevin Piçerski rayon Məhkəməsi yenidən Nideralnd vətəndaşı olan azərbaycanlı jurnalist Fikrət Hüseynlinin işinə baxıb. Məhkəmə baxışı başlayıb və aprelin 19-dək təxirə salınıb. Bu barədə Fikrət Hüseynli Amerikanın Səsinə bildirib.
Məhkəmənin təxirə salınmasına jurnalistin hazırlaşmaq üçün vaxt istəməsi səbəb olub. “Məhkəmə ekstradisiyamla bağlı Kiyev Vilayət Prokurorluğunda sənədlərin yoxlanılmasının dayandırılması, mənim pasportumun qaytarılması barədə qərar qəbul edib. Lakin prokurorrluq məhkəmnənin qərarını tanımır, pasportumu qaytarmır. Bu səbəbdən də nəyin bahasına olursa-olsun səndələrimin yoxlanılmasını davam etdirmək və Kiyevdə qalmağımı uzatlmaq üçün cəhd edir. Məhkəmənin qərarından apellyasiya şikayəti verilə bilməz və sənədlərim qaytarılmalıdır, mən Ukrayna ərazisini tərk etməliyəm. Prokurorluq hər vəchlə bunun qarşısını almaq istəyir”, jurnalist Amerikanın Səsinə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun