Cim Mattis: Amerika Suriyada hərbi əməliyyatları istisna etmir

Cim Mattis: Amerika Suriyada hərbi əməliyyatları istisna etmir
10 Aprel 2018
Mətni dəyiş

ABŞ-ın müdafiə naziri Cim Mattis Amerikanın Suriyada hərbi əməliyyatları istisna etmədiyini bildirib.

Baxmayaraq ki, Donald Tramp tvit edərək yazıb ki, mənasız kimyəvi hücumun ağır nəticələri olacaq.

"Görəcəyimiz ilk iş nəyə görə kimyəvi silahlardan istifadə edilməsidir. Belə ki, Rusiya kimyəvi silahların məhvinə qarant durub" - deyə, Mattis Qətər əmiri Şeyx Tamim Bin Həməd Əl-Tahi ilə Pentaqon görüşündə bildirib.

Nazir görüşdən sonra müxbirlərə deyib ki, ABŞ NATO-dakı tərəfdaşları və Qətər kimi müttəfiqləri ilə məsələni müzakirə edir.

Bazar günü Tramp Fransa prezidenti Emmanuel Makronla görüş zamanı Suriyada həyata keçirilən kimyəvi hücumu kəskin tənqid edib.

Donald Tramp Əsəd hökumətinin insan hüquqları pozuntularının məsuliyyətini daşıdığını bildirib.

ABŞ prezidenti Birləşmiş Ştatların buna hansı şəkildə cavab verəcəyi haqda bir söz deməyib. Lakin ABŞ-ın daxili təhlükəsizlik və əks-terror məsələləri üzrə müşaviri Tomas Bossert ABC tele kanalına müsahibəsində bildirib ki, “mən masa üzərində heç bir variantı istisna etməzdim”.

Tramp Suriya paytaxtı yaxınlığındakı Duma şəhərində hücumun törədildiyi yerin Suriya ordusu tərəfindən tamamilə mühasirəyə alınaraq, xarici dünya üçün qapalı olduğunu bildirib. O, ərazinin insanlara yardım göstərilməsi və xəbərlərin təsdiq edilməsi üçün dərhal açılmasına çağırıb.

Kimyəvi hücumla bağlı məlumatlar Suriya hökuməti və Rusiya tərəfindən rədd edilib. Suriyada müxalif fəallar və xilasetmə işçiləri bildirib ki, Dəməşq yaxınlığında şərqi Quta bölgəsində üsyançıların nəzarətində olan Duma şəhərində şənbə günü törədilən kimyəvi hücum nəticəsində azı 40 nəfər ölüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun