BMT Təhlükəsizlik Şurası Rusiyanın təklifini qəbul etmədi

BMT Təhlükəsizlik Şurası Rusiyanın təklifini qəbul etmədi
15 Aprel 2018
Mətni dəyiş

Təhlükəsizlik Şurası Rusiyanın Suriya ilə bağlı qətnaməsini qəbul etməyib.

Sənəd üzrə səsvermə BMT Təhlükəsizlik Şurasının ABŞ-ın, Britaniyanın və Fransanın Suriyaya zərbələrindən sonra Rusiyanın çağırışı ilə baş tutan təcili iclasında keçirilib.

Bu barədə RİA Novosti məlumat yayıb. Qətnamə layihəsində Suriyaya qarşı təcavüzə son qoymaq çağırışı əks olunub. Qətnaməsi səs çoxluğu qazanmayıb.

Sənədin lehinə Rusiya, Çin və Boliviya, 8 ölkə isə əleyhinə çıxıb. Daha 4 ölkənin nümayəndəsi səsvermələrdə bitərəf qalıb.

Rusiya qətnamə layihəsində koalisiyanın hərəkətlərini pisləyib və ABŞ-dan, onun müttəfiqlərindən Suriya əleyhinə təcavzükar münasibətə dərhal son qoyulmasını, habelə BMT nimzamnaməsi və beynəlxalq hüququn pozulması ilə gücdən istifadə edilməməsini tələb edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun