Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasından xaric edilməsinə çağırış

Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasından xaric edilməsinə çağırış
11 Aprel 2018
Mətni dəyiş

Hollandiya Helsinki Komitəsi Beynəlxalq Prokurorlar Assosiasiyasına (IAP) müraciət edərək Azərbaycanın təşkilatdan çıxarılmasına çağırıb.

Buna səbəb kimi Azərbaycanın təşkilatın prinsip və standartlarını pozması göstərilir.

Hollandiya Helsinki Komitəsinin bəyanatında deyilir ki, bu qurumun üzvü olan ölkədə insan hüquqlarının pozulması yolverilməzdir.

Əsasən Azərbaycan prokurorluğunun işçiləri ittihamları saxtalaşdırır və jurnalistlər, vətəndaş cəmiyyəti fəalları daxil olmaqla, günahsız adamları həbs edirlər.

Son 4 ildə bu proseslər daha da güclənib. Ölkə hökuməti onu tənqid edənlərə qarşı repressiya dalğasına başlayıb. Bu gün ölkədə siyasi motivlərlə təqib edilən onlarla siyasi məhbus var.

Bundan əlavə, Azərbaycanda işgəncə və qeyri-insani davranış faktları qeydə alınır, ancaq prokurorluq bu halları araşdırmır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun