Avropalı deputatlar AI-ı "Magnitsky qanunu" qəbul etməyə çağırırlar

Avropalı deputatlar AI-ı "Magnitsky qanunu" qəbul etməyə çağırırlar
27 Aprel 2018
Mətni dəyiş

Avropa Parlamentinin (AP) onlarca deputatı Avropa Ittifaqını Rusiya biznesmenlərinin çirkli pulların yuyulması fəaliyyətini cəzalandıracaq qanunvericilik aktının qəbul edilməsinə çağırıb.

Millət vəkilləri deyirlər ki, bu pullardan Kremlin “antidemokratik” hərəkətlərinin maliyyələşdirilməsi üçün istifadə edilir.

Millət vəkillərinin 26 aprel tarixli məktubu Avropa Şurasının prezidenti Donald Tusk-a, Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker-ə və Aİ-nin xarici işlər komissarı Federica Mogherini-yə ünvanlanıb.

İndiyədək sözü gedən məktubu 44 Avropa deputatı imzalayıb.

Onlar Avropa İttifaqını ABŞ-ın 2012-ci ildə qəbul etdiyi Magnitsky Qanununun Avropa versiyasının qəbuluna çağırıblar.

Avropa İttifaqının üzvləri Estoniya, Litva, habelə Britaniya artıq indiyədək Magnitsky aktının milli versiyalarını qəbul ediblər.

Məktubda habelə Rusiya oliqarxlarına qarşı məhdudlaşdırıcı tədbirlərin Avropa və ABŞ arasında sinxronlaşdırılmasına çağırış edilir. Burada söhbət ABŞ Konqresinin Rusiyaya qarşı əlavə sanksiyalar qoyan yeni qanunundan gedir.

ABŞ qanunu Amerikanın Rəqiblərinin Sanksiyalarla Dəf Edilməsi qanunu adlanır. Bu qanun Konqres tərəfindən böyük səs çoxluğu ilə qəbul edilsə də, prezident Trump tərəfindən çox könülsüz imzalanıb.

ABŞ qanunu Rusiyanın Amerika seçkilərinə müdaxiləsinə dair iddialara cavab olaraq qəbul edilib.

Avropa İttifaqı indiyədək Rusiyanın Ukraynadakı təcavüzü ilə bağlı 150 separatçıya və Rusiya rəsmisinə, habelə 38 Rusiya vahidinə sanksiyalar qoyub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun